“Ermənistan reallığı qəbul etməlidir" - Politoloq

"Ermənistan reallığı qəbul etməlidir" - Politoloq
Kateqoriya məlum deyil
T

Türkiyə XİN başçısı bildirib ki, Ankara ilə sərhədlərin açılması və diplomatik münasibətlərin tam bərpası üçün Azərbaycanla sülh müqaviləsinin imzalanması əsas şərtdir. 

 

Ermənistan XİN başçısı isə hesab edir ki, Azərbaycan və Türkiyə ilə sərhədlərin açılmasını əlaqələndirmək doğru deyil. 


Sfera.az-a açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, Türkiyənin açıq şəkildə ifadə etdiyi şərt Ermənistan üçün artıq siyasi reallığın dəyişdiyini göstərir:

 

“Ankara ilə sərhədlərin açılması və münasibətlərin tam normallaşması Bakı ilə sülh müqaviləsindən asılıdır və bu, təkcə Türkiyənin mövqeyi deyil bölgədə formalaşmış yeni geosiyasi nizamın tələbidir”.

 

Politoloq Ermənistan XİN başçısının açıqlamalarının bu reallığı dolayısı ilə görmək istəməyən bir yanaşmanı göstərdiyini qeyd edib. 

 

Z.Qarayeva əlavə edib ki, Ermənistan tərəfi prosesi ayırmağa çalışır amma fakt budur ki, Türkiyənin prioriteti Azərbaycandır və sülh müqaviləsi olmadan heç bir siyasi açılma baş verməyəcək: 

 

“Ermənistan sərhədlərin açılmasını Bakını kənarda saxlamaqla həll etmək istəyir amma bu mümkün deyil. Türkiyə regionda təhlükəsizlik arxitekturasını vahid platforma üzərində qurur və bu çərçivə Azərbaycansız tam deyil. Bu səbəbdən də İrəvan ya mövcud siyasi reallığı qəbul etməli ya da prosesin yenidən dalana dirənməsi ilə barışmalı olacaq”.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR