Bu ölkənin sabiq baş nazir həbs olundu

Bu ölkənin sabiq baş nazir həbs olundu
Kateqoriya məlum deyil
T

Gürcüstanın keçmiş baş naziri, müxalif “Qaxariya naminə Gürcüstan” partiyasının lideri Giorgi Qaxariya barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.

 

Sfera.az xəbər verir ki, qərar Tbilisi Şəhər Məhkəməsi tərəfindən qəbul olunub.

 

Qiyabi həbs “Çorçana işi” ilə bağlı aparılan istintaq çərçivəsində verilib.

 

Qərarla yanaşı, Gürcüstan Baş Prokurorluğunun təqdim etdiyi vəsatət də təmin edilib.

 

Qeyd edək ki, Qiorqi Qaxariya bir müddət Gürcüstanın baş naziri vəzifəsində çalışıb, sonradan hakim “Gürcü Arzusu” partiyasından ayrılaraq öz siyasi hərəkatını yaradıb. Hazırda o, ölkədəki əsas müxalif fiqurlardan biri hesab olunur.


Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR