Rusiya ABŞ-ni hədələdi: "Moratoriumun sonu olacaq"

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov ABŞ-nin nüvə silahı sınaqları keçirmə ehtimalına münasibət bildirib.
Sfera.az xəbər verir ki, bu barədə "İnterfaks" məlumat yayıb.
O, qeyd edib ki, bu addım nüvə sınaqlarına qoyulan moratoriumun sona çatması anlamına gələcək və Moskva buna adekvat cavab verəcək.
“Nüvə silahının sınağı əslində nüvə sınaqlarına hərtərəfli qadağanın qüvvədə olduğu kifayət qədər uzun dövrün bitməsi deməkdir. Təbii ki, bizim prezidentimizin də dediyi kimi, bu halda Rusiya Federasiyası uyğun addımlar atacaq”, – deyə Peskov vurğulayıb.
Kremlin sözçüsü bu açıqlamanı jurnalistlərlə söhbəti zamanı ABŞ dövlət katibi Marko Rubionun fikirlərinə cavab olaraq səsləndirib. Rubio daha əvvəl bildirib ki, prezident Donald Tramp ölkənin “təhlükəsizliyindən əmin olmaq” məqsədilə nüvə silahı sınaqları keçirmək niyyətindədir.
Fidan Hacızadə
Sfera.a






