Saakaşvili həbsxanaya qaytarıldı

Saakaşvili həbsxanaya qaytarıldı
Kateqoriya məlum deyil
T

Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili “Vivamed” klinikasında uzunmüddətli müalicədən sonra yenidən həbsxanaya qaytarılıb.

 

Sfera.az bildirir ki, Xüsusi Penitensiar Xidmət siyasətçinin səhhətinin sabit olduğunu və artıq stasionar müalicəyə ehtiyac qalmadığını bildirib.

 

Bu səbəbdən Saakaşvili 12 saylı cəzaçəkmə müəssisəsinə köçürülüb.

 

Qeyd edək ki, Mixeil Saakaşvili 1 oktyabr 2021-ci ildən etibarən həbsdədir. O, bu müddət ərzində bir neçə dəfə aclıq aksiyası keçirib və səhhətinin pisləşməsi səbəbindən “Vivamed” klinikasına yerləşdirilmişdi.

 

Aynur

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR