"Rusiya-Ukrayna müharibəsi bu halda bitəcək" - Peskov

Rusiya bütün ilkin məqsədlərinə nail olduqda Ukrayna ilə münaqişə sona çatacaq.
Sfera.az xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib. Peskov jurnalistlərə ABŞ Prezidenti Donald Trampın Ukraynadakı münaqişənin yaxın vaxtlarda bitəcəyi ilə bağlı bəyanatını şərh edərkən deyib:
"Əlbəttə, biz bu münaqişənin tez bir zamanda bitməsini istərdik. Rusiya ilkin məqsədlərinə çatdıqda isə bitə bilər".
Peskov Rusiyanın münaqişənin siyasi və diplomatik yollarla həllinə üstünlük verəcəyini xatırladıb və Rusiya tərəfinin bu yanaşmaya açıq olduğunu vurğulayıb. Bununla belə, Peskov qeyd edib ki, hazırda pauza var və bu, Moskvanın günahı deyil – Ukrayna tərəfi danışıqları davam etdirmək istəmir.
“Ukraynanın müharibədə qalib gələ biləcəyinə və öz maraqlarını hərbi yolla qoruya biləcəyinə inanan avropalılar onları hər cür təhrik edir”, - Kreml sözçüsü bildirib.
Onun sözlərinə görə, bu, Kiyevin yol verə biləcəyi və yol verdiyi ən dərin yanlış fikirdir.
"Cəbhədəki vəziyyət bunun əksini göstərir. O, Kiyev rejiminin mövqeyinin uzaqgörənliyindən çox dinamik və bəlağətlə danışır, bu, gündən-günə pisləşəcək, qaçılmazdır", - Rusiya prezidentinin mətbuat katibi əlavə edib.
Firuzə Əliyeva






