Ermənistanın keçmiş iqtisadiyyat naziri həbs oluna bilər

Ermənistanın keçmiş iqtisadiyyat naziri həbs oluna bilər
Kateqoriya məlum deyil
T

Ermənistanın keçmiş iqtisadiyyat naziri Vaan Kerobyanın həbsi ilə bağlı sorğu verilib.

 

Sfera.az bu barədə erməni mətbuatına istinadla xəbər verir.

 

Vəkilinin sözlərinə görə, Kerobyan ona qarşı irəli sürülən ittihamları qəbul etmir.

 

 

Qeyd edək ki, Vaan Kerobyan korrupsiya ilə bağlı cinayət işi ilə üzləşib. 2024-cü il fevralın 16-da onun barəsində iki ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilib. Aprelin 13-də isə onun ev dustaqlığı daha iki ay uzadılıb.

 

İlkin olaraq bu işdə səkkiz müttəhim var idi ki, onların bəziləri Ermənistan İqtisadiyyat Nazirliyinin əməkdaşları, digərləri isə özəl sektordan idi. Bununla belə, cinayət işi səkkiz müttəhimdən altısına qarşı  peşmançılıq hissi əsasında bağlanıb.


Firuzə Əliyeva
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR