Aİ Gürcüstana dəstəyini azaldır - Daha bir layihə dayandırıldı

Aİ Gürcüstana dəstəyini azaldır - Daha bir layihə dayandırıldı
Kateqoriya məlum deyil
T

Avropa İttifaqı (Aİ) Gürcüstanın təhlükəsizlik və mütəşəkkil cinayətkarlıqla bağlı Aİ tərəfindən maliyyələşdirilən regional layihələrdə iştirakını dayandırıb.


Sfera.az xəbər verir ki, bu barədə Aİ-nin Gürcüstandakı səfiri Pavel Qerçinskinin bu ölkənin Xarici İşlər Nazirliyinə göndərdiyi məktubda qeyd olunur.


Gürcüstan xarici işlər nazirinin birinci müavini Giorgi İlişvilinin məlumatına görə, məktubda belə deyilir:


“Gürcüstandakı mövcud vəziyyət və ölkənin Aİ-yə üzvlük prosesinin de-fakto dayandırılması ilə bağlı Avropa Şurasının 27 iyun 2024-cü il tarixli rəyinə əsasən, sizə bildiririk ki, Gürcüstanın təhlükəsizlik və mütəşəkkil cinayətkarlıqla bağlı Aİ tərəfindən maliyyələşdirilən növbəti regional layihələrdə iştirakı dayandırılıb”.


Qerçinskinin məktubunda qeyd edilir ki, dayandırılan layihələr arasında Avropolun dəstəklədiyi mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə Şərq Tərəfdaşlığı layihəsi, “TOPCOP II” və “EU4MD II” – Aİ-də narkotik ticarətinin monitorinqi proqramları yer alır.


Məlumata görə, Gürcüstanın bu proqramlardakı iştirakı oktyabrın 15-dən etibarən dayandırılıb və qərar Daxili İşlər Nazirliyi ilə Ədliyyə Nazirliyi nümayəndələrinə də şamil olunub.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR