Bu ölkədə geyim və ayaqqabı BAHALAŞDI

Bu ölkədə geyim və ayaqqabı BAHALAŞDI
Kateqoriya məlum deyil
T

Rusiyada son üç il ərzində ayaqqabıların qiyməti 59%, geyimlərin qiyməti isə 36% artıb.

 

Sfera.az xəbər verir ki, “Мой склад” servisinin məlumatına görə, 2025-ci ilin ilk üç rübündə bu kateqoriyalarda qiymət artımı nisbətən zəifləyib və təxminən 6–9 faiz səviyyəsində olub. Bu göstəricilər ümumi inflyasiya templərinə yaxınlaşır.

 

Ekspertlərin fikrincə, “fashion-retail” bazarında bahalaşmanın zəifləməsinin əsas səbəbi istehlak tələbinin və alıcılıq qabiliyyətinin azalmasıdır.

 

Analitiklər qeyd edirlər ki, geyim və ayaqqabı qiymətlərinə əsasən valyuta məzənnəsinin dəyişməsi təsir göstərir. Hazırda rubl nisbətən sabit olsa da, 2026-cı ilin əvvəlindən etibarən bu sahədə yeni bahalaşma dalğasının baş verəcəyi proqnozlaşdırılır. Bu artımın əsas səbəbi kimi vergi yükünün və gömrük rüsumlarının artırılması göstərilir.

 

Aynur

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR