Rusiya müharibəyə hazırlaşır - Ermənistana qarşı...

Ermənistan parlamentinin sədri Alen Simonyan Rusiyanın ölkəsinə qarşı “hibrid müharibə” apardığını iddia edib.
Sfera.az xəbər verir ki, Simonyan bu barədə Teleqram kanalında paylaşım edib. Onun sözlərinə görə, Moskva Ermənistana təzyiq göstərmək üçün mediadan aktiv şəkildə istifadə edir.
“Rusiya hibrid müharibə vasitəsilə hazırda siyasi cəbhəmizdə kəşfiyyat işləri aparır. Onlar müxtəlif mövzuları gündəmə gətirir, araşdırmalar adı altında təxribat xarakterli materiallar hazırlayır, intriqalar yaradır və saxta ssenarilər uydururlar”, – deyə Simonyan bildirib.
Siyasətçi əlavə edib ki, bu cür fəaliyyətlər həmin hücumların sifarişçilərinin və icraçılarının üslubunu açıq şəkildə göstərir.
“Hətta erməni soyadlı çoxsaylı manqurtlar belə sizə kömək etməyəcək. Sadəcə özünüzü yorursunuz”, – Simonyan vurğulayıb.
Aynur






