Türkiyəli elçi Ermənistan XİN müavininə bahalı boşqab hədiyyə etdi

Kateqoriya məlum deyil
T
Xəbər verdiyimiz kimi, sentyabrın 12-də Türkiyənin Ermənistan-Türkiyə münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndələri Serdar Kılıçın başçılıq etdiyi nümayəndə heyəti Ermənistana səfər edib.
Sfera.az erməni mətbuatına istinadla verir ki, səfər zamanı Kılıç Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyana ornamentli oyma olan gümüş boşqab hədiyyə edib.
Kostanyan bu hədiyyəni Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə verib.
Hədiyyə 101 228 dram (450 AZN) dəyərində qiymətləndirilir.
Qeyd edək ki, Ermənistan rəsmiləri 60.000 dramdan artıq hədiyyələri dövlətə və ya cəmiyyətə təhvil verməlidir.
Firuzə Əliyeva
Sfera.az






