Putin süni intellekdən kömək istəməyi düşünür

Putin süni intellekdən kömək istəməyi düşünür
Kateqoriya məlum deyil
T

Dekabrın 19-da Rusiya Prezidenti Vladimir Putinin illik böyük mətbuat konfransı və birbaşa xətti olacaq.

 

Sfera.az xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov jurnalistlərə məlumat verib. Onun sözlərinə görə, suallar toplusu dekabrın 8-nə keçən gecə açılacaq.

 

Mətbuat konfransında federal, regional və beynəlxalq mətbu orqanlarının jurnalistləri, habelə Rusiya Federasiyasında akkreditə olunmuş xarici media orqanlarının nümayəndələri akkreditasiya olunacaqlar.

 

“Biz iki həftədən sonra bütün mövcud vasitələrdən, o cümlədən süni intellektdən istifadə etməklə vətəndaşların suallarını toplamağa başlayacağıq. Bu, bizə imkan verəcək ki, hazırlıq zamanı mümkün qədər tez bir zamanda prezidentə ictimai rəyin tam surətini çatdıraq”, - deyə Peskov qeyd edib.

 

Qeyd edək ki, sentyabrın 17-də Putin hökumətə və onun administrasiyasına sessiyaya hazırlığa başlamağı tapşırıb. Vladimir Putinlə İlin yekunu adlı əvvəlki tədbir 19 dekabr 2024-cü ildə keçirilib. İlk dəfə 2020-ci ildə təqdim edildikdən sonra bu formatdan üçüncü dəfə istifadə olunub.

 

Putinin ilk televiziya canlı sual-cavab yayımı isə 2001-ci ildə baş tutub.

 

Firuzə Əliyeva

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR