"İsrailə cavab verəcəyik" - İran XİN

"İsrailə cavab verəcəyik" - İran XİN
Kateqoriya məlum deyil
T

İranın xarici işlər naziri Abbas Əraqçi İranın İsrailin istənilən düşmənçilik hərəkətinə cavab verməyə tam hazır olduğunu bildirib.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, Qətərin “Əl-Cəzirə” telekanalına verdiyi müsahibədə Əraqçi deyib ki, bütün ssenarilərə hazırdırlar və sionist rejimin istənilən təcavüzkar hərəkətini gözləyirlər.

 

Nazir "İsraili ciddi nəticələrlə xəbərdar edib və biz bütün səviyyələrdə hazırıq və müharibə halında İsrail yenidən məğlub olacaq”,- deyə qeyd edib. Xatırladaq ki, 13 iyun gecəsi İsrail İrana qarşı hərbi əməliyyata başlayıb. Bir gündən az müddət sonra İran cavab zərbəsi endirib. ABŞ isə Fordo, Natanza və İsfahandakı İran nüvə obyektlərinə hücum edərək münaqişəyə doqquz gün sonra qoşulub.

 

Fidan Hacızadə

Sfera.az

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR