"Tehran uranın zənginləşdirilməsini dayandırmayacaq" - Əraqçi

"Tehran uranın zənginləşdirilməsini dayandırmayacaq" - Əraqçi
Kateqoriya məlum deyil
T

 

İran rəhbərliyi uranı yalnız dinc məqsədlər üçün zənginləşdirməyə davam edəcəyini bəyan edib.

 

Sfera.az TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Abbas Əraqçi “Əl-Cəzirə” telekanalına müsahibəsində bildirib. Nazirin sözlərinə görə, Tehran uranın zənginləşdirilməsini dayandırmayacaq, çünki “düşmənin hərbi yolla əldə edə bilmədiyini siyasi yolla da əldə etməsi mümkün deyil”.

 

Əraqçi həmçinin qeyd edib ki, İran raket proqramının gələcəyi ilə bağlı danışıqlara getmək fikrində deyil:

 

“Heç bir sağlam düşüncəli insan ölkənin hərbi komponentindən imtina etməyə razı olmaz”, – deyə nazir vurğulayıb. Əraqçinin bu bəyanatı İranın nüvə və raket proqramları ətrafında artan beynəlxalq gərginlik fonunda səslənib.

 

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR