Logo

Rusiya Ukraynada genişmiqyaslı əməliyyat keçirdi

Rusiya Ukraynada genişmiqyaslı əməliyyat keçirdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Rusiya ordusu Ukrayna ərazisində genişmiqyaslı əməliyyat keçirib. Əməliyyat-taktiki aviasiya, hücum dronları, raket qüvvələri və artilleriya vasitəsilə 150 rayonda hədəflər vurulub.

Sfera.az “Gazeta.ru” nəşrinə istinadən xəbər verir ki, bu barədə Rusiya Federasiyası Müdafiə Nazirliyi məlumat verib. Nazirliyin açıqlamasında bildirilib ki, zərbələr Ukrayna hərbi-sənaye kompleksinə aid enerji obyektlərinə, hərbi hava limanlarının infrastrukturuna, uzun mənzilli hücum dronlarının saxlanma və hazırlıq sahələrinə, eləcə də Ukrayna Silahlı Qüvvələrinin müvəqqəti yerləşdirmə məntəqələrinə endirilib.

Ukrayna tərəfi hələlik Rusiya Müdafiə Nazirliyinin açıqlaması ilə bağlı rəsmi münasibət bildirməyib.

Fidan Hacızadə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR