“Vaşinqton Bəyannaməsi konkret nəticələr verir” - Paşinyan

"Vaşinqton Bəyannaməsi konkret nəticələr verir" - Paşinyan
Kateqoriya məlum deyil
T

“Vaşinqton Bəyannaməsi və əldə olunmuş razılaşmalar artıq real nəticələr verməyə başlayıb”.

 

Sfera.az xarici mediaya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.

 

Hökumətin iclasında çıxış edən Paşinyan vurğulayıb ki, Azərbaycanın öz ərazisindən Ermənistana yüklərin tranziti ilə bağlı bütün məhdudiyyətləri aradan qaldırması mühüm addımdır və bu qərar Ermənistanın blokadadan çıxması deməkdir.

 

“İqtisadiyyatımızın strukturunda tezliklə köklü dəyişikliklər baş verəcək. Artıq iki gündür ki, Azərbaycanın Ermənistana yüklərin tranziti ilə bağlı məhdudiyyətləri aradan qaldırması haqqında bəyanatı müzakirə olunur. Bu, çox vacib qərardır və onu göstərir ki, Vaşinqton Bəyannaməsi sadəcə bəyanat deyil, konkret nəticələr gətirən sənəddir”, - Paşinyan qeyd edib.

 

Xatırladaq ki, Vaşinqtonda əldə olunan razılaşmalar çərçivəsində Bakı və İrəvan arasında iqtisadi əlaqələrin bərpası və regionda kommunikasiya xətlərinin açılması istiqamətində addımların atılması nəzərdə tutulur.

 

Fidan Hacızadə
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR