52 milyon işıq ili uzaqlıqdakı qalaktika görüntüləndi - FOTO

52 milyon işıq ili uzaqlıqdakı qalaktika görüntüləndi - FOTO

52 milyon işıq ili uzaqlıqdakı qalaktika görüntülənib.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, NASA və ESA birgə layihəsi olan Hubble Teleskopu sayəsində Yerdən 52 milyon işıq ili uzaqda olan LEDA 42160-ın görüntüsünü çəkilib.

 

Məlumata görə, bu, kütləvi Qız bürcü qalaktikasında nisbətən sıx qazın içində irəliləyən qalaktikalardan biridir.

 

Eyni zamanda, Qoç təzyiqi kimi tanınan qalaktikalararası qazın yaratdığı təzyiq LEDA 42160-da ulduz əmələ gəlməsinə ciddi təsir göstərir. O həm ulduz yaranmasına, həm də azalmasına səbəb ola bilər.

 

Belə ki, kosmosda mövcud olan qaz və toz qalaktikanın hərəkəti zamanı onun üzərində təzyiq yaradır. Qoç təzyiqi isə qalaktikanın ulduz əmələ gətirən qaz və tozunu məhv edərək yeni ulduzların meydana gəlməsini azalda və ya hətta dayandıra bilər.

 

Digər tərəfdən, əgər Qoç təzyiqi qalaktikada qazı sıxışdırarsa, ulduz əmələ gəlməsi arta bilər.

 

Firuzə Əliyeva


OXŞAR XƏBƏRLƏR