Blinkenin Paşinyana xəbərdarlığı Qafqazda gedəcək hansı proseslərə işarədir? - Ermənistanı gözləyən aqibət

Blinkenin Paşinyana xəbərdarlığı Qafqazda gedəcək hansı proseslərə işarədir? - Ermənistanı gözləyən aqibət
Ötən gün Amerika Birləşmiş Ştatlarının Dövlət katibi Entoni Blinkenin Ermənistanın Baş Naziri Nikol Paşinyanla da telefon danışığı baş tutub. İddialara görə, Blinken  danışıq zamanı Nikola Rusiyaya dəstək verənləri Belarusun aqibətini gözlədiyini deyib. Lakin belə xəbərdarlığın təsadüfi olmadığı düşünülür. Çünki sosial media platformalarında bir sıra peşəkar hərbi araşdırmalar mərkəzlərinə məxsus hesablarda, Ermənistanın Ukraynaya rus ordusunun tərəfində döyüşmək üçün 2.100 həbçi göndərməsi barədə xəbərlər yayılmışdı.
 
Bununla bağlı Sfera.az-a açıqlama verən politoloq Əlimusa İbrahimov deyib ki,  Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın beynəlxalq sahədə fəallığının artırılması təbii görünə bilər. Müsahibimizin sözlərinə görə, ABŞ Ukrayna prezidenti Zelenskinin yerinə yetirə bilmədiyi xahiş və tələblərini digər vasitələrlə kompensasiya etməyə çalışır:

"Məlumdur ki, ardıcıl olaraq Ukraynanın NATO-ya qəbul olunması, Ukrayna səmasının uçuşa qadağan zona elan edilməsi və nəhayət, Polşanın ayırdığı qırıcıların Ukraynaya verilməsi məsələləri geri çevrilmişdi. Bayden administrasiyası Rusiyaya qarşı olan qüvvələrin Ukrayna ətrafında daha sıx birləşməsi istiqamətində təşəbbüslər göstərir - bununla da Zelenski və Ukrayna xalqının könlünü almağa çalışır. Amma Ukraynada yaxşı başa düşürlər ki, bu gün Rusiyanın hücumunun qarşısını almaq üçün NATO ölkələri və ABŞ yetərincə təsirli tədbirlər görməkdə acizdirlər. Entoni Blinkenin Nikol Paşinyana telefon zəngini də bu rakursdan qiymətləndirmək lazımdır”.

Politoloq qeyd edib ki, Ermənistan Baş Naziri öz erməni xislətinə uyğun olaraq, hələ də Rusiya və ya Qərbin yanında olması barədə qərar qəbul etməyib və tərəddüdlər yaşayır:

"Blinken bu tərəddüdlərin Ukraynanın xeyrinə həll olunması üçün Paşinyana təsir etmək məqsədi ilə onunla danışıq aparıb. Amma nəzərə almaq lazımdır ki, Ermənistan müstəqil xarici siyasət yeritmək lüksündən uzaq olduğu üçün onun gözləntilərini doğrulda bilməyəcək. Çünki Paşinyanın indiki halda cüzi bir yanlış  hərəkəti həm onun, həm də Ermənistanın taleyi üçün çox acınacaqlı ola bilər. Ermənistan Ukraynaya dəstəyini açıq şəkildə büruzə verə və hətta bu müharibəyə münasibətdə neytrallığını saxlaya bilməyəcək. Çünki, su boğazına qədər çıxanda Rusiya Paşinyan kimiləri ayağının altına yığacaq”.

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Qəza yerindən növbəti görüntülər - VİDEO

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğradığı ərazidən növbəti görüntülər yayılıb.   Sfera.az həmin görüntüləri təqdim edir: ...

“Türk Hava Yolları” 2033-cu ilədək olan inkişaf planlarını açıqladı

Türkiyənin milli aviadaşıyıcısı olan “Türk Hava Yolları” (Turkish Airlines) şirkəti cümhuriyyətin 110 illiyinin geniş qeyd olunacağı 2033-cü ilə qəd...

Rəisinin olduğu helikopteri axtaran xilasedicilər itkin düşdü

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin axtarışına çıxan Qızıl Aypara Cəmiyyəti qruplarının 3 xilasedici üzvü itkin düşüb.   Sfera.az ax...

Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI

Maqnit qasırğaları zamanı hər hansı stimulyatorlardan istifadəni və siqaret çəkməyi dayandırmaq lazımdır.   Sfera.az lent.az-a istinadən xə...

İlham Əliyev İbrahim Rəisinin qəzaya düşməsi ilə pağlı paylaşım etdi

Azərbaycan prezidenti İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib.   Sfera.az xəbər verir ki, Prezident...

KİV: Xamenei Təhlükəsizlik Şurasının iclasını keçirib

İran lideri Ayətullah Əli Xamenei Prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğraması xəbərindən sonra ölkənin Təhlükəsizlik Şurasının fövqəladə iclasını ...