İDDİA: Putin 200 milyard dollarlıq sərvətini bu şəhərdə GİZLƏDİR

İDDİA: Putin 200 milyard dollarlıq sərvətini bu şəhərdə GİZLƏDİR
Rusiya ilə Ukrayna arasında 21 gündür davam edən müharibə cəbhədə olduğu kimi diplomatik masalarda və siyasi səhnədə də davam edir. Rusiyanı sanksiyalarla qorxutmağa çalışan dövlətlərin bu dəfəki hədəfinin isə Vladimir Putin olacağı qeyd edilib.
 
Sfera.az bildirir ki, hazırda xüsusilə İngiltərədə toplanan bu yeni nəsil rus milyarderlərinin aktivləri müsadirə edilir və onların kommersiya əməliyyatları qadağan olunur. Bu baxımdan Rusiya prezidenti Vladimir Putinin də Londonda olduğu düşünülən şəxsi sərvəti gündəmə gəlib. Belə ki, Böyük Britaniya Daxili İşlər Nazirliyi ilə əməkdaşlıq edən Milli Cinayət Agentliyi (NCA) xüsusi yaradılmış "Kleptokratiya” (bir ölkədə hakimiyyəti ələ keçirən siyasi qrupun sistemli şəkildə həmin ölkənin resurslarını taladığını ifadə edən termin) bölməsi ilə Putinin aktivlərini tapmağı hədəfləyib. Rusiya liderinin milyonlarla funt sterlinqlik şəxsi sərvətinin Londonda gizlədildiyi güman edilib.

Məlumata görə, NCA bu araşdırmanı kəşfiyyat bölmələri ilə birgə aparır. Putinin bu sərvəti Kremlin "təsdiqlənmiş” sövdələşmələri sayəsində iş adamları vasitəsilə qazandığı iddia olunub. Amerikalı maliyyə ekspertinin sözlərinə görə, Rusiya liderinin şəxsi sərvəti 200 milyard dollar civarındadır və bu onu dünyanın ən zəngin adamı edir. Putinə qarşı sanksiya tətbiq etmək qərarına gələn NCA bununla da müəyyən etdiyi aktivləri dondurmaq səlahiyyəti əldə edir. Rusiya hökuməti ilə ortaq işləyən "çirklənmiş” elitanı müəyyən etməklə gələcəkdə korrupsiyanın qarşısını almaq da bu yeni kəşfiyyat bölməsinin məqsədlərindən biri kimi göstərilib. 

Qeyd edək ki, rəsmi mənbələr Rusiya prezidenti Vladimir Putinin illik gəlirini 10 milyon rubl olaraq açıqlayıb. Bu, illik 70 min funt-sterlinq maaşa bərabərdir. Lakin reallığın tamam başqa olduğu bildirilir. Digər tərəfdən, NCA Putindən sonra Belarus kimi bu müharibədə Rusiyaya dəstək verən ölkələrlə bağlı da bu cür tədqiqatların aparılacağını elan edib. 

Günay Rəsulqızı
Sfera.az

OXŞAR XƏBƏRLƏR

Qəza yerindən növbəti görüntülər - VİDEO

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğradığı ərazidən növbəti görüntülər yayılıb.   Sfera.az həmin görüntüləri təqdim edir: ...

“Türk Hava Yolları” 2033-cu ilədək olan inkişaf planlarını açıqladı

Türkiyənin milli aviadaşıyıcısı olan “Türk Hava Yolları” (Turkish Airlines) şirkəti cümhuriyyətin 110 illiyinin geniş qeyd olunacağı 2033-cü ilə qəd...

Rəisinin olduğu helikopteri axtaran xilasedicilər itkin düşdü

İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin axtarışına çıxan Qızıl Aypara Cəmiyyəti qruplarının 3 xilasedici üzvü itkin düşüb.   Sfera.az ax...

Maqnit qasırğaları zamanı edilən səhvlər SADALANDI

Maqnit qasırğaları zamanı hər hansı stimulyatorlardan istifadəni və siqaret çəkməyi dayandırmaq lazımdır.   Sfera.az lent.az-a istinadən xə...

İlham Əliyev İbrahim Rəisinin qəzaya düşməsi ilə pağlı paylaşım etdi

Azərbaycan prezidenti İlham Əliyev İbrahim Rəisinin helikopterinin qəza enişi etməsindən narahatlığını bildirib.   Sfera.az xəbər verir ki, Prezident...

KİV: Xamenei Təhlükəsizlik Şurasının iclasını keçirib

İran lideri Ayətullah Əli Xamenei Prezident İbrahim Rəisinin helikopterinin qəzaya uğraması xəbərindən sonra ölkənin Təhlükəsizlik Şurasının fövqəladə iclasını ...