“May ayında...” – “Xocalı və Əsgəran bu tarixdə Azərbaycanın nəzarətinə keçəcək”
13:51 / 09.03.2021
3481
"Erməni silahlılarının Qarabağ bölgəsindən təmizlənməsi
istiqamətində antiterror əməliyatına ehtiyac
var. Bilirəm ki, may ayına qədər Əsgəran və Xocalı Azərbaycan Ordusunun
nəzarətinə keçməlidir. İmzalanan sazişdən keçən 4 ayın nəticəsi göstərir ki, Azərbaycan
yeni hərbi əməliyyata hazırdır”.
Bu sözləri Sfera.az-a açıqlamasında İkinci Qarabağ müharibəsinin bölgəmiz üçün
yaratdığı yeni reallıq və əməkdaşlıq perspektivlərindən danışarkən politoloq Cümşüd Nuriyev deyib.
"Danılmaz faktdır ki, 44 günlük müharibə Azərbaycanı
Qafqazın lider dövlətinə çevirib. Azərbaycan xalqının özünə inamı, döyüş ruhu yüksəldi.
Təsadüfi deyil ki, ordumuzun Qarabağ müharibəsində tətbiq etdiyi texnologiya
birmənalı şəkildə dünyada qəbul olumağa başlayıb”.
C. Nuriyevin fikrincə, müharibənin nəticəsi
olaraq Azərbaycan dünyada yeni siyasi və iqtisadi divident qazanıb: "Bu da 11
yanvarda imzalanan üçtərəfli sazişdə özünü göstərib. Zəngəzur dəhlizin açılması
ölkəmiz üçün yeni nəqliyyat damarı və dövlət büdcəsinin gəlir hissəsini
formalaşdıracaq uğurlu bir layihədir. Azərbaycan Naxçıvanla qovuşur və Türkiyə
ilə birbaşa əlaqələr yarada bilir. Kimsə
buna maneə ola bilməyəcək. Çünki Rusiya, Türkiyə, İran və Gürcüstan
da bu layihənin gerçəkləşməsində maraqlıdır”.
Politoloq hesab edir ki, qələbə eyni zamanda
Azərbaycan üçün yeni iqtisadi imkanlar deməkdir: "Ölkəmizə yeni
investisiyaların cəlb olunmasına şahidlik edəcəyik. Bu yöndə 10-a yaxın dövlətlə
danışıqlar gedir. Türkiyə, İsrail və İngiltərə də həmin danışıqların
iştirakçılarıdır”.
Sfera.az