Bakı səmasında nə baş verir?
“Ötən gün Bakıda müşahidə olunan günəşli, eyni zamanda dumanlı hava ilk baxışda ziddiyyətli görünsə də, bu, atmosferin maraqlı oyunlarından biridir”. Sfera.az bildirir ki, bunu Demokrat.az-a açıqlamasında meteroloq Cavidan Əliyev deyib. O bildirib ki, meteoroloji baxımdan bu hal gecə saatlarında yer səthinin soyuması nəticəsində yaranan dumanla bağlıdır: “Günəş artıq səmada parlayır, yuxarı hava qatları işıqlanır, lakin yerə yaxın hissədə sərin və rütubətli hava qalır. Elə bu səbəbdən də göy