Bill Qeyts Epşteynin məktubundan danışdı
"Maykrosoft"un qurucusu Bill Qeytsin adı amerikalı maliyyəçi Ceffri Epşteynin göndərilməmiş elektron məktubunda çəkilib. Sfera.az Qaynarinfo-ya istinadən xəbər verir ki, Qeyts bu barədə "9Nyus"a müsahibəsində şərh verib. Milyarderin sözlərinə görə, məktubu Epşteyn özü üçün yazıb. "Yəqin ki, Ceffri özü üçün elektron məktub yazıb. Bu məktub heç vaxt göndərilməyib, yalandır", - deyə Bill Qeyts bildirib. O, həmçinin ehtimal edib ki, maliyyəçi onu çətin vəziyyətə salmağa çalışıb. Qeyts Ceffri