Logo

Ürək və beyin üçün faydalı 4 balıq

Ürək və beyin üçün faydalı 4 balıq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Omeqa-3 yağ turşuları ilə zəngin balıqlar ürək-damar sisteminin və beyin funksiyalarının qorunmasında mühüm rol oynayır. Bu baxımdan qızılbalıq, skumbriya, sardina və siyənək fərqlənir.

Sfera.az xəbər verir ki, Türkiyənin “Sözcü” nəşrində dərc olunan materialda bu baxımdan qida dəyəri ilə fərqlənən dörd balıq növünə diqqət çəkilib.

Qızılbalıq

Omeqa-3 yağ turşularının zəngin mənbələrindən biri olan qızılbalıq DHA (dokozaheksaen turşusu) ilə EPA (eykozapentaen turşusu) maddələrini ehtiva edir. Bu yağ turşuları beyin hüceyrələrinin fəaliyyətində və ürək-damar sağlamlığında mühüm rol oynayır. Qızılbalığın tərkibində hüceyrələri oksidləşdirici stresdən qorumağa kömək edən antioksidant astaksantin də var.

Skumbriya

Skumbriya omeqa-3 yağ turşuları ilə yanaşı, B12 vitamini və selenlə də zəngindir. Bu qida maddələri sinir sisteminin normal fəaliyyəti və orqanizmin müxtəlif funksiyaları üçün əhəmiyyət daşıyır. Balığın müntəzəm və balanslı qidalanma çərçivəsində istehlakı ürək sağlamlığının qorunmasına töhfə verir.

Sardina

Sardina həm omeqa-3, həm də D vitamini mənbəyidir. Sümükləri ilə birlikdə istehlak edildikdə orqanizmi kalsiumla da təmin edə bilər. Digər üstünlüyü isə kiçik ölçülü və qısaömürlü balıq olması səbəbindən bəzi iri yırtıcı balıqlarla müqayisədə civə toplama riskinin nisbətən aşağı olmasıdır.

Siyənək balığı

Siyənək də omeqa-3 yağ turşuları ilə zəngin balıqlar sırasındadır. Tərkibindəki xolin, dəmir və digər qida maddələri sinir sisteminin normal fəaliyyətini dəstəkləyir. Eyni zamanda, qidalanmada sağlam yağların mənbəyi kimi istifadə oluna bilər.

Qeyd edək ki, Amerika Ürək Assosiasiyası həftədə ən azı iki dəfə yağlı balıq yeməyi tövsiyə edir./metbuat

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR