Vyetnamlı müğənni “Ey Vətən” mahnısını oxudu - VİDEO
Kateqoriya məlum deyil
Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri çərçivəsində təşkil olunan rəsmi ziyafətdə vyetnamlı müğənni tərəfindən Azərbaycan xalqı arasında “Ey Vətən” adı ilə tanınan məşhur mahnı səsləndirilib.
Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkə hesabında paylaşım edib.
"Prezident İlham Əliyevin Vyetnama rəsmi səfəri çərçivəsində rəsmi ziyafətdə vyetnamlı müğəninin ifa etdiyi xalq arasında daha çox “Ey Vətən" kimi tanınan məşhur mahnımız. Əla tələffüz və gözəl ifa! Tam adı "Nəğmə dolu bir ürəyəm", bəstəkarı Elza İbrahimova", - deyə paylaşımda bildirilib.






