Xınalığa güclü qar yağıb - FOTOLAR
Kateqoriya məlum deyil
Ötən gün güclü qar yağan Quba-Xınalıq avtomobil yolu gecə saatlarından etibarən buz bağlayıb. Nəticədə nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaranıb.
Xüsusilə Xınalıq yolunun 35-ci kilometrindən 56-cı kilometrinədək olan hissəsində qalın buz təbəqəsi müşahidə olunur.
Sfera.az xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Qubadakı 5 saylı Yol İstismar İdarəsinin əməkdaşları bu gün buz bağlamış yollara qum və duz səpirlər.
Qeyd edək ki, bu gün səhər Xınalıq kəndində 9,7, Qrız kəndində isə 12,3 dərəcə şaxta qeydə alınıb.
Mütəxəssislər bildirirlər ki, noyabr ayı üçün belə sərt hava şəraiti xarakterik deyil./Bizim.Media










