Logo

"Meta" 25 milyard dollar təzminat ödəməli olacaq

"Meta" 25 milyard dollar təzminat ödəməli olacaq
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-nin Nyu-Meksiko ştatının məhkəməsi "Meta" korporasiyasını "Facebook" istifadəçilərinin məlumatlarını onların razılığı olmadan əldə etməsi ilə bağlı iş üzrə 25 milyard dollar ödəməyə məcbur edib.

Sfera.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məhkəmə qərarına istinadən məlumat yayıb.

Hakim Frensis Metyu qərarında bildirib ki, "Facebook"un uzun illər ərzində yol verdiyi və sistematik xarakter daşıyan hüquq pozuntuları şirkətin əsas biznes təcrübələrinin təməlini təşkil edir.

"Facebook" əvvəllər də istifadəçilərin məlumatlarının toplanması və saxlanması qaydalarını pozduğuna görə dəfələrlə sərt tənqidlərə məruz qalıb və maliyyə itkiləri ilə üzləşib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR