Yer kürəsini iki günlük maqnit qasırğası bürüyəcək – BU TARİXDƏ

Yer kürəsini iki günlük maqnit qasırğası bürüyəcək – BU TARİXDƏ
Kateqoriya məlum deyil
T

Britaniya Geoloji Xidmətinin alimləri oktyabrın 9-10-da Yerdə geomaqnit aktivliyin artacağını proqnozlaşdırıblar.

Sfera.az xəbər verir ki, alimlərin məlumatına görə, oktyabrın 9-da Günəşdə oktyabrın 6-da baş verən partlayış zamanı ayrılmış plazma buludunun Yerə çatacağı gözlənilir.

Bu hadisənin G1 və G2 səviyyəli maqnit qasırğalarına səbəb ola biləcəyi bildirilir. Proqnoza əsasən, geomaqnit aktivlik ən azı iki gün – 9 və 10 oktyabr tarixlərində davam edəcək. Plazma buludunun saniyədə təxminən 560 kilometr sürətlə hərəkət etdiyi və oktyabrın 9-da Bakı vaxtı ilə təxminən saat 08:00-da Yerə çatacağı gözlənilir.

Alimlər həmin gün orta səviyyəli maqnit aktivliyi və əlverişli şərait yaranarsa, şimal işıqlarının daha aşağı enliklərdə də müşahidə edilə biləcəyini bildiriblər. Oktyabrın 11-də isə sürətli Günəş küləyinin təsirinin güclənəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, ilkin məlumatlarda “6 ballıq” maqnit qasırğası ifadəsi işlədilsə də, Britaniya Geoloji Xidmətinin proqnozunda G1 və G2 səviyyələri göstərilir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR