İstanbuldən Ər-Riyada uçan təyyarələr geri qayıtdı
İstanbuldən Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərinə uçan “Turkish Airlines” aviaşirkətinə məxsus iki təyyarə gecə saatlarında geri qayıdıb.
Sfera.az xəbər verir ki, bu barədə oktyabrın 8-də “Flightradar24” xidmətinin məlumatlarında qeyd olunub.
İlk təyyarə saat 21:59-da İstanbuldan havaya qalxıb. Lakin uçuşdan 35 dəqiqə sonra istiqamətini dəyişərək geri qayıdıb və saat 23:20-də İstanbul hava limanına enib.
TK140 reysini həyata keçirən digər təyyarə isə saat 20:43-də İstanbuldan yola düşüb. Təxminən iki saat sonra Səudiyyə Ərəbistanının şimalı üzərində istiqamətini dəyişən təyyarənin daha sonra İstanbula qayıtdığı məlum olub. “Flightradar24” məlumatına görə, təyyarə saat 00:16-da İstanbulda eniş edib.
Təyyarələrin geri qayıtmasının səbəbi açıqlanmayıb.
Firuzə Əliyeva






