Bu gün hansı bürclərin bəxti gətirəcək? – ADLAR
Oktyabrın 8-də bəzi bürclər üçün yeni imkanlar və xoş xəbərlər ön plana çıxacaq. Gün ərzində maliyyə, iş və şəxsi münasibətlərlə bağlı mühüm qərarlar gündəmə gələ bilər. Xüsusilə Əqrəb, Balıqlar, Xərçəng və Oğlaq üçün günün daha uğurlu keçəcəyi gözlənilir.
Astroloji təqvimə görə, bu gün Ay Qız bürcündədir, Venera isə Əqrəbdə retrograd hərəkətdədir. Bu səbəbdən münasibətlərdə və maliyyə məsələlərində tələskən qərarlardan uzaq durmaq tövsiyə olunur.
Sfera.az bürc xəbərini təqdim edir:
Qoç: Günün əvvəlində tələsik qərarlardan çəkinin. Günün ikinci yarısında qarşınıza yeni imkan çıxa bilər.
Buğa: Maliyyə məsələlərində diqqətli olun. Gözlənilməz xərclər yarana bilər, buna görə alış-verişdə tələsməmək yaxşıdır.
Əkizlər: Gün ərzində çoxsaylı fikir və təkliflər alacaqsınız. Qərar verməzdən əvvəl bütün detalları nəzərdən keçirin.
Xərçəng: Bu gün sizin üçün uğurlu günlərdən biri ola bilər. Yaxınlarınızdan alacağınız dəstək işlərinizi asanlaşdıra bilər. Gözlədiyiniz xoş xəbər də gələ bilər.
Şir: İş və karyera ilə bağlı yeni addımlar üçün əlverişli gündür. Lakin eşitdiyiniz hər xəbərə dərhal inanmayın.
Qız: Ayın bürcünüzdə olması diqqətinizi detallara yönəldəcək. Yarımçıq qalan işləri tamamlamaq və planlarınızı qaydaya salmaq üçün münasib gündür.
Tərəzi: Münasibətlərdə kiçik gərginliklər yarana bilər. Səbirli davranmaq və emosional qərarlardan uzaq durmaq faydalıdır.
Əqrəb: Günün ən şanslı bürclərindən birisiniz. Maliyyə və şəxsi münasibətlərdə müsbət dəyişikliklər üçün imkan yarana bilər.
Oxatan: Qarşınıza çıxan fürsətləri düzgün qiymətləndirin. Xüsusilə maliyyə məsələlərində risk etməzdən əvvəl düşünün.
Oğlaq: Sizin üçün əlverişli gündür. Yeni işlərə başlamaq, vacib görüşlər keçirmək və yeni insanlarla tanış olmaq baxımından yaxşı fürsətlər yarana bilər.
Dolça: Planlarınızda müəyyən dəyişikliklər ola bilər. Günün ikinci yarısında dostlarla ünsiyyət və istirahət üçün yaxşı imkan yaranacaq.
Balıqlar: Bu gün sizi sevindirəcək xəbər və ya maraqlı təklif ala bilərsiniz. İntuisiyanıza güvənin, xüsusilə iş və münasibətlərdə düzgün seçim etmək üçün hissləriniz sizə yol göstərə bilər.
Bəsti Rəfizadə






