Payız nə vaxt başlayır? – Tarix açıqlandı

Yay fəslinin başa çatmasına az vaxt qaldığı bir vaxtda payızın nə zaman başlayacağı maraq doğurur. Havanın tədricən sərinləşdiyi bu günlərdə “Payız nə vaxt başlayır?”, “2026-cı ilin payız bərabərliyi hansı gün olacaq?” kimi suallar gündəmə gəlir.
Sfera.az xəbər verir ki, fəsillərin dəyişmə tarixləri, xüsusilə yayın başa çatması ilə daha çox diqqət çəkir. Şimal yarımkürəsində payızın başlanğıcını müəyyən edən sentyabr bərabərliyi gecə və gündüzün müddətinin bir-birinə yaxınlaşdığı mühüm tarix hesab olunur.
Qeyd edək ki, 2026-cı ildə astronomik payız 23 sentyabr, çərşənbə günü başlayacaq. Payızın başlanğıcını müəyyən edən sentyabr bərabərliyi Şimal yarımkürəsində yayın başa çataraq payız fəslinin başlaması deməkdir.
Bərabərlik Günəşin görünən hərəkəti zamanı ekvator müstəvisindən keçdiyi və gecə ilə gündüzün müddətinin bir-birinə yaxınlaşdığı dövrdür. Sentyabr bərabərliyindən sonra Şimal yarımkürəsində gecələr uzanmağa, gündüzlər isə qısalmağa başlayır.
Bu tarix astronomik payızın başlanğıcı hesab olunur. Cənub yarımkürəsində isə həmin tarix yaz fəslinin başlanğıcını ifadə edir.
Demək 23 sentyabrdakı bərabərlikdən sonra Şimal yarımkürəsində gündüzlər tədricən qısalacaq, gecələr isə uzanacaq. Azərbaycan da Şimal yarımkürəsində yerləşdiyi üçün bu dəyişiklik payız boyunca müşahidə olunacaq.
Lakin bərabərlik günündə gecə və gündüzün hər yerdə tam olaraq 12 saat olması gözlənilmir. Günəşin doğuş və batış vaxtlarının hesablanmasına atmosferin işığı sındırması və Günəş diskinin görünən ölçüsü kimi amillər təsir edir.
Onu da qeyd edək ki, 2026-cı ilin astronomik qışı isə 21 dekabrda başlayacaq. Bakı vaxtı ilə qış gündönümü 21 dekabrda saat 23:50-də baş verəcək. Bununla da astronomik payız başa çatacaq.
Mənsumə






