İlon Mask 3 yaşında anasına BUNLARI DEYİBMİŞ...

İlon Mask 3 yaşında anasına BUNLARI DEYİBMİŞ...
Kateqoriya məlum deyil
T

“Tesla” şirkətinin rəhbəri milyarder İlon Maskın anası Mey Mask oğlunun hələ 3 yaşında ikən qeyri-adi düşünmə qabiliyyətinə malik olduğunu bildirib.

Sfera.az xəbər verir ki, 78 yaşlı model və dietoloq bu barədə “The Telegraph”a müsahibəsində danışıb. Mey Maskın sözlərinə görə, İlon hələ üç yaşında olarkən böyüklərlə məntiqli müzakirələr aparır və praktik həllər təklif edirdi.

“Üç yaşlı uşaqlar sizinlə belə danışmırlar. Mən deyə bilərdim ki, bunları alacağam, o isə cavab verərdi: “Niyə bunları və onları almırsan? Daha ucuz başa gələcək”.

Mən də düşünürdüm ki, doğrudanmı? Sən üç yaşındasan, nə bilirsən?” – Mey Mask bildirib. Mey Mask 1970-ci ildə İlon Maskın atası Errol Maskla evlənib. İlon bir il sonra dünyaya gəlib. Cütlük 1979-cu ildə boşanıb. İlon təxminən 10 yaşında olarkən atasının yanında yaşamağa başlayıb. Mey Maskın sözlərinə görə, Errol Maskın evində iki ensiklopediya, kompüter və kitabxana olub. O bildirib ki, həmin dövrdə özü kompüter almağa maddi imkan tapmayıb.

“İlon deyir ki, onun üçün çətin olub, amma kompüteri və kitabları var idi və o, özünü hər şeydən tamamilə uzaqlaşdıra bilirdi”, – Mey Mask qeyd edib. İlon Maskın anası son illərdə oğluna qarşı yönələn tənqidlərə də münasibət bildirib. O, İlon haqqında yayılan xəbərlərin böyük hissəsinin mənfi olmasını ağrılı hesab etdiyini və oğluna ünvanlanan ölüm təhdidlərinin onu xüsusilə narahat etdiyini deyib.

Mey Mask ailənin İlonla görüşlərinin də xüsusi şəraitdə keçirildiyini açıqlayıb. Onun sözlərinə görə, Maskın ictimaiyyət arasında rahat hərəkət etməsinin çətin olması səbəbindən ailə üzvləri uzaq və gizli məkanlarda bir araya gəlirlər.

O, ailədə hətta ümumi çat qrupunun olmadığını və İlonun yaxınları ilə əlaqə saxlamağa kifayət qədər vaxt ayırmasının çətin olduğunu bildirib. Mey Maskın sözlərinə görə, milyarder demək olar ki, daim işləyir. O, oğluna tez-tez “Necəsən, əzizim?” kimi mesajlar yazmadığını, çünki İlonun iş qrafikinin son dərəcə sıx olduğunu deyib.

Anasının sözlərinə görə, İlonla görüş zamanı belə onun işləri davam edir və həftəsonları da daxil olmaqla, demək olar ki, hər saat üçün görüşlər planlaşdırılır. Ailənin sonuncu görüşü isə İlon Maskın 55 illik yubileyi münasibətilə iyun ayında məxfi bir məkanda keçirilib.

“Bu, çox gözəl idi. Heç kimin harada olduğumuzu bilməməsi insana rahatlıq verir”, – Mey Mask bildirib.

Firuzə Əliyeva

Sfera.az

Açar sözlər:
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR