Ruslar uşaqlarına türk adları qoyur

Türk seriallarının xaricdə artan populyarlığı Rusiyada uşaqlara verilən adlara da təsir göstərib.
Sfera.az xəbər verir ki, Moskva vilayətində 2026-cı ildə uşaqlara verilən fərqli adlar açıqlanıb.
Sosial İnkişaf Nazirliyinə istinadən yayılan məlumata görə, bu il bölgədə Odisseus, Apollon və Yaropolk kimi qeyri-adi adlara üstünlük verilib.
Məlumatda xüsusilə türk seriallarından təsirlənən bəzi valideynlərin oğlan uşaqlarına “Burak” adını verdiyi bildirilib. Bu tendensiyanın məşhur türk aktyoru Burak Özçivitə olan maraqla əlaqəli olduğu qeyd olunur.
Qeyd edək ki, 1984-cü ildə İstanbulda anadan olan Burak Özçivit Türkiyə ilə yanaşı, xarici ölkələrdə də geniş izləyici auditoriyasına sahib aktyorlardan biridir. Son illərdə onun Rusiyada xüsusi maraq gördüyü bildirilir.
İradə Elsevər






