Məşhur aşpazın boşqabından qurd çıxdı – FOTO

Kateqoriya məlum deyil
T
Arda Türkmən Fransada ziyarət etdiyi "Michelin" ulduzlu restoranda gözlənilməz bir mənzərə ilə qarşılaşıb. Şam yeməyi zamanı məşhur aşpaz boşqabında kiçik bir qurdun hərəkət etdiyini görüb və dərhal restoran işçilərinə məlumat verib.
Sfera.az xəbər verir ki, təcrübəsini sosial mediada paylaşan Türkmən izləyicilərindən hadisə ilə bağlı fikirlərini soruşub.
Məşhur aşpaz restoranın onlara əlavə yemək, çay və qəhvə təklif etdiyini bildirsə də, restoranın aşpazının vəziyyətlə birbaşa maraqlanmadığını deyib.
Türkmən həmçinin restoranın münasibətindən narazılığını bildirib və söyləyib ki, onlardan tam sabit menyu qiyməti alınıb. Türkmən baş verənlərin restoranın nüfuzuna yaraşmadığını hiss etdiyini bildirib.
İradə Elsevər


Açar sözlər:






