Dünyanın ən məşhur 4,6 milyardlıq villasında nələr var?

Hindistanlı milyarder Mukeş Ambaninin Mumbay şəhərində yerləşən dəbdəbəli iqamətgahı Antilia dünyanın ən diqqətçəkən şəxsi mülklərindən biri hesab olunur.
Sfera.az xəbər verir ki, 27 mərtəbədən ibarət olan Antilia illərdir qeyri-adi memarlığı və dəbdəbəsi ilə diqqət çəkir. Məlumatlara görə, iqamətgahda bir neçə mərtəbəli avtomobil dayanacağı, geniş terras bağları, əyləncə və istirahət məkanları, sağlamlıq və spa bölmələri, şəxsi kinoteatr, həmçinin məbəd var. Villanın dəyəri 4,6 milyard dollardır.
Antilia dünyanın ən bahalı şəxsi evlərindən biri kimi tanınır. İqamətgahın dəyərinin bir neçə milyard dollar olduğu bildirilir.
Mukeş Ambaninin ailəsinin yaşadığı bu nəhəng bina özünəməxsus memarlığı ilə yanaşı, Mumbayın panoramik mənzərəsinə açılan görüntüləri ilə də diqqət çəkir.






