Sinoptikdən anomal isti qış xəbərdarlığı

Sinoptikdən anomal isti qış xəbərdarlığı
Kateqoriya məlum deyil
T

"Fobos" hava mərkəzinin aparıcı mütəxəssisi Yevgeni Tişkoveç Rusiyanın böyük bir hissəsi üçün anomal isti qış proqnozlaşdırıb.

Sfera.az xəbər verir ki, o, "RİA Novosti"yə açıqlamasında qarşıdan gələn qış üçün hava proqnozu barədə danışıb.

"Mənim fikrimcə, bu qış Rusiyada, (Arktika zonası, Şimali Sibir, Çukotka, Berinq dənizi, Çukotka dənizi istisna olmaqla) ölkəmizin əksər hissəsində anomal isti temperatur müşahidə olunacaq", - deyə sinoptik bildirib. O, qeyd edib ki, temperatur normadan 3-4°C yüksək olacaq.

Rusiyanın mərkəzi və cənub bölgələrində fevral ayında ən isti hava şəraiti müşahidə olunacaq. Bu anomal isti hava şəraiti fonunda yağıntılar da artacaq. Proqnoza görə, yanvar ayında 30-40% daha çox yağıntı olacaq.

Tişkoveç onu da izah edib ki, bu, "El Ninyo" iqlim fenomeni ilə əlaqədardır. Onun təsiri yaz və yay aylarında da hiss olunacaq.

Bununla belə mütəxəssis əlavə edib ki, bütün qış isti olmayacaq. Çoxlu qar yağa bilər./publika

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR