Dezodorant ləkəsini necə təmizləmək olar? - Sadə üsul

Kateqoriya məlum deyil
T
Qara köynək və futbolkalarda yaranan ağ dezodorant izlərini paltarı yumağa ehtiyac olmadan təmizləmək mümkündür. Bunun üçün heç bir xüsusi təmizləyici vasitəyə ehtiyac yoxdur.
Sfera.az xəbər verir ki, dezodorant ləkələrini çıxarmaq üçün köhnə cins şalvarın qalın parçasından istifadə etmək olar.
Cins parçanı ağ izlərin üzərinə yüngülcə sürtmək kifayətdir. Sürtünmə qurumuş dezodorant qalıqlarını parçadan qısa müddətdə ayırır.
Lakin bu üsul yalnız səthdə qalan quru və ağ izlərə təsirlidir. Parçaya hopmuş və uzun müddət qalmış ləkələr cins parça ilə çıxmaya bilər.
Qara geyimlərdə ağ izlərin yaranmasının qarşısını almaq üçün dezodorantı vurduqdan sonra məhsulun qurumasını bir neçə dəqiqə gözləmək məsləhətdir.
İradə Elsevər






