NVIDIA əhatə dairəsini genişləndirir

NVIDIA əhatə dairəsini genişləndirir
Kateqoriya məlum deyil
T

NVIDIA yeni nəsil DLSS 5 texnologiyasının əhatə dairəsini genişləndirir. Şirkət süni intellekt dəstəkli texnologiyanın RTX 50 seriyasından sonra RTX 40 seriyası videokartlara da təqdim ediləcəyini rəsmi olaraq təsdiqləyib.


Sfera.az xəbər verir ki, NVIDIA-nın yeni DLSS 5 texnologiyası bu həftə “NBA 2K27” oyunu ilə birlikdə istifadəyə verilib. İlk mərhələdə “Blackwell” arxitekturasına əsaslanan RTX 50 seriyasına fokuslanan şirkət, texnologiyanın “Ada Lovelace” arxitekturalı RTX 40 seriyasına da gətiriləcəyini açıqlayıb.


Şirkət nümayəndələrinin sözlərinə görə, DLSS 5 indiyədək hazırladıqları ən yüksək hesablama gücü tələb edən modellərdən biridir. Payız aylarında yayımlanacaq yeniləmələrdə əsas diqqət RTX 50 seriyasında performansın artırılmasına yönəldiləcək.


RTX 50 seriyası üzrə qarşıya qoyulan performans göstəricilərinə çatıldıqdan sonra DLSS 5 üçün rəsmi dəstək RTX 40 seriyası istifadəçilərinə də mərhələli şəkildə təqdim olunacaq.


Qeyd edək ki, mart ayında ilk dəfə təqdim edilən DLSS 5 modeli indiyədək 5 dəfəyə qədər performans artımı əldə edib. İlk versiyada iki RTX 5090 videokart tələb edən sistem sonrakı optimallaşdırmalar nəticəsində tək videokartla və bütün RTX 50 seriyası səviyyəsində işləyə biləcək vəziyyətə gətirilib.


NVIDIA ilin sonuna qədər həyata keçiriləcək yeniləmələrlə DLSS 5-in ilk versiya ilə müqayisədə 7-10 dəfə daha sürətli işləməsini və performans itkilərinin minimuma endirilməsini hədəfləyib.


Bəsti Rəfizadə

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR