Sərxoş sərnişini oturacağa bağladılar - FOTO

Sərxoş sərnişini oturacağa bağladılar - FOTO
Kateqoriya məlum deyil
T

ABŞ-də Texasdan Nyu-Cersiyə uçan təyyarədə sərxoş sərnişin ətrafındakılara hücum edib. Kabin heyəti və digər sərnişinlər onu qandalla və yapışqan lentlə oturacağına bağlayıblar.

Sfera.az xəbər verir ki, “American Airlines” aviaşirkətinə məxsus təyyarədə 67 yaşlı Artur Lundeen qəfil aqressivləşərək sərnişinlərə hücum edib.

O, yanındakı kişi sərnişini döyüb və kompüterini sındırıb. Ona mane olmağa çalışan qadın sərnişini itələyib, başqa bir sərnişini isə dişləyib. Lundeen daha sonra kabin əməkdaşına qarşı irqçi ifadələr işlədib.

Bundan sonra kabin heyəti və sərnişinlər müdaxilə edərək onu plastik qandalla və yapışqan lentlə oturacağına bağlayıblar.

Hadisə səbəbilə təyyarənin marşrutu dəyişdirilib və təcili eniş həyata keçirilib. Şübhəli şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanıldıqdan sonra təyyarə uçuşunu davam etdirib.

İradə Elsevər

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR