Ağcaqanadların uçuşuna qadağa qoydu...

Ağcaqanadların uçuşuna qadağa qoydu...
Kateqoriya məlum deyil
T

Fransanın Luara departamentində yerləşən Sen-Jüst-Sen-Ramber kommunasının meri Olivye Joli pələng ağcaqanadlarının ərazi üzərində uçmasını qadağan edən sərəncam imzalayıb.

Sfera.az xəbər verir ki, bu barədə BFMTV telekanalı məlumat yayıb.

Sentyabrın 1-də verilən sərəncama əsasən, pələng ağcaqanadlarının kommuna üzərində uçması qadağandır. Sənəddə zarafatla qeyd olunur ki, tələbi yerinə yetirməyən ağcaqanad “məsuliyyətə cəlb ediləcək”.

Mer bu qeyri-adi addımla təhlükəli həşəratların yayılmasına diqqət çəkməyə çalışıb. Temperaturun yüksəlməsi nəticəsində əvvəllər əsasən tropik və subtropik bölgələrdə yaşayan pələng ağcaqanadları Fransada sürətlə yayılır. Bu həşəratlar denge qızdırması da daxil olmaqla bir sıra yoluxucu xəstəliklərin daşıyıcısıdır.

BFMTV-nin məlumatına görə, mer sakinləri suyun toplana biləcəyi qabları boşaltmağa, istifadə edilməyən hovuz və gölməçələrin üzərini örtməyə çağırıb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR