“Apple” "iPhone X"i köhnəlmiş cihazlar siyahısına daxil etdi

“Apple” "iPhone X"i köhnəlmiş cihazlar siyahısına daxil etdi
Kateqoriya məlum deyil
T

“Apple” şirkəti "iPhone X" smartfonunu köhnəlmiş cihazlar siyahısına salıb.

Sfera.az xəbər verir ki, bu barədə “MacRumors” məlumat yayıb. Bildirilir ki, “Apple” satışdan çıxarıldıqdan yeddi il sonra məhsullarını köhnəlmiş hesab edir. Belə cihazların mağazalarda və rəsmi servis mərkəzlərində texniki xidməti dayandırılır.

2017-ci ildə təqdim olunan "iPhone X" “Apple” istifadəçiləri arasında əfsanəvi modellərdən biri hesab olunur. Smartfon şirkətin OLED ekranla təchiz edilmiş ilk modeli olub. Cihazda fiziki “Home” düyməsi də aradan qaldırılıb və ekran ön panelin böyük hissəsini əhatə edib.

“MacRumors”un məlumatına görə, “Apple” 2018-ci ildə buraxılan 15 düymlük “MacBook Pro”nu da köhnəlmiş cihazlar siyahısına əlavə edib.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR