Paltarlar yuyulduqdan sonra paltaryuyan maşında nə qədər saxlamaq olar?

Paltarlar yuyulduqdan sonra paltaryuyan maşında nə qədər saxlamaq olar?
Kateqoriya məlum deyil
T

Paltarların yuyulma proqramı başa çatdıqdan sonra uzun müddət paltaryuyan maşında qalması xoşagəlməz qoxuya və digər problemlərə səbəb ola bilər.

Bir çox insan yuyulmuş paltarları maşından çıxarmağı unudur. Bir neçə saat sonra isə paltaryuyan maşının qapağını açdıqda nəm və kifə bənzər qoxu verən paltarlarla qarşılaşır.

Sfera.az xəbər verir ki, “Southern Living” nəşri paltarların yuyulduqdan sonra paltaryuyan maşında nə qədər qala biləcəyi ilə bağlı mütəxəssislərin fikirlərini dərc edib.

Camaşırxana üzrə ekspert Meri Qaqlardi bildirib ki, paltarların maşında nə qədər qala biləcəyi ilə bağlı hər kəs üçün keçərli konkret vaxt müəyyənləşdirmək mümkün deyil. Buna suyun temperaturu, paltarların çirklənmə səviyyəsi, istifadə olunan yuyucu vasitə, parçanın növü, paltaryuyan maşının modeli və onun nə qədər tez-tez təmizlənməsi kimi bir sıra amillər təsir edir.

Ekspertlərin fikrincə, ən düzgün yanaşma yuma proqramı başa çatan kimi paltarları maşından çıxarmaqdır.

Mütəxəssislər paltaryuyan maşının proqramının sonunda səsli xəbərdarlığın aktiv edilməsini tövsiyə edirlər. Bu funksiya paltarların maşında unudulmasının qarşısını almağa kömək edə bilər. Həmçinin telefonda xatırlatma qurmaq və ya paltarları maşından çıxarmağı gündəlik rejimə daxil etmək mümkündür.

Mütəxəssislər ilk növbədə paltaryuyan maşının özünün təmiz saxlanılmasını tövsiyə edir.

Meri Qaqlardinin sözlərinə görə, maşında ayda bir dəfə boş vəziyyətdə təmizləmə proqramının işə salınması və uyğun təmizləyici vasitədən istifadə edilməsi daxili hissələrdə çirk və bakteriyaların toplanmasının qarşısını almağa kömək edə bilər.

Çünki maşının daxilində yaranan bakteriyalar xoşagəlməz qoxuya səbəb ola və bu qoxu sonradan yuyulan paltarlara keçə bilər.

Bundan başqa, yuma zamanı istifadə olunan vasitələr də paltarların maşında qalma müddətinə müəyyən qədər təsir göstərə bilər. Mütəxəssis dezinfeksiyaedici xüsusiyyətə malik vasitələrin bəzi hallarda əlavə qoruma təmin edə biləcəyini qeyd edib.

Yaş paltar maşında çox qalıbsa, nə etməli?

Əgər paltarlar uzun müddət maşında qalıb, lakin onlardan xoşagəlməz, kifə bənzər qoxu gəlmirsə, onları yenidən yumaq hər zaman lazım olmaya bilər.

Ekspertin sözlərinə görə, belə halda paltarları maşından çıxardıqdan sonra yaxşıca silkələmək, daha sonra asaraq və ya quruducuda qurutmaq olar. Lazım gəldikdə yaranmış qırışları ütü və ya buxarlı ütü vasitəsilə aradan qaldırmaq mümkündür.

Paltarlar maşında nə qədər uzun müddət nəm vəziyyətdə qalarsa, qırışların açılması bir o qədər çətinləşə bilər.

Bu səbəbdən mütəxəssislər yuma proqramı bitdikdən sonra paltarların mümkün qədər tez maşından çıxarılmasını məsləhət görürlər.

Mənsumə

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR