İbrahim Tatlısəsdən yeni paylaşım

Məşhur türkiyəli müğənni İbrahim Tatlısəs səhhətində yaranan problemlərə görə uzun müddət xəstəxanada müalicə aldıqdan sonra kiçik qızı Elif Ada ilə bir araya gəlib.
Sfera.az xəbər verir ki, sənətçi bir neçə ay əvvəl keçirdiyi ağır infeksiya səbəbindən xəstəxanaya yerləşdirilib bir müddət reanimasiya şöbəsində müalicə alıb və əməliyyat olunub. Daha sonra yenidən xəstəxanaya yerləşdirilən Tatlısəs günlərlə davam edən müalicədən sonra bir neçə gün əvvəl evə buraxılıb.

Hazırda səhhəti yaxşı olan ifaçı keçmiş həyat yoldaşı Ayşegül Yıldızdan olan ən kiçik qızı Elif Ada ilə Bodrumda görüşüb.
İbrahim Tatlısəs qızı ilə səhər yeməyi zamanı çəkilən fotosunu sosial media hesabında paylaşaraq “Qızıl balamla Bodrumda səhər yeməyindəyik” sözlərini qeyd edib.
Paylaşımda 13 yaşlı Elif Adanın son görünüşü də diqqətçəkib. Boyu təxminən 1,80 metrə çatan Elif Ada uzun müddətdir voleybolla məşğul olur.
Mənsumə






