Ən ağıllı bürclər: Siyahıda kimlər var?

Ən ağıllı bürclər: Siyahıda kimlər var?
Kateqoriya məlum deyil
T

Astrologiyada bəzi bürclər analitik düşüncə, güclü yaddaş, sürətli qərarvermə və problem həll etmə bacarıqları ilə seçilir.

Sfera.az xəbər verir ki, astroloqların fikrincə, ən ağıllı hesab edilən bürclər bunlardır:

Dolça - Yenilikçi düşüncəsi və fərqli baxış bucağı ilə seçilir. Çətin məsələlərə qeyri-adi həll yolları tapmağı bacarır.

Əkizlər - Sürətli qavrama qabiliyyəti, geniş dünyagörüşü və güclü ünsiyyət bacarığı ilə tanınır.

Qız - Məntiqli qərarlar verməsi, detallara diqqəti və analiz qabiliyyəti sayəsində ən intellektual bürclərdən biri hesab olunur.

Əqrəb - Güclü müşahidə qabiliyyəti, strateji düşüncəsi və hadisələri dərindən təhlil etməsi ilə fərqlənir.

Oğlaq - Planlı, məqsədyönlü və praktik düşüncəyə sahib olması onu ən ağıllı bürclər sırasına daxil edir. \\azxeber.com


PAYLAŞ