Nişan üzüyü qadına baha başa gəldi

Moskvada qadın bağ sahəsində işləyərkən bədbəxt hadisə ilə üzləşib.
Sfera.az xəbər verir ki, hadisə zamanı qadının nişan üzüyü hasarın çıxıntısına ilişib.
Bildirilib ki, qadın əlini qəfil çəkərkən üzük güclü dartılma yaradıb və nəticədə onun adsız barmağı demək olar ki, tamamilə qopub.
Yaralı qadın təcili olaraq Yeramişantsev adına Şəhər Klinik Xəstəxanasının Əl Mikrocərrahiyyəsi Mərkəzinə çatdırılıb. Həkimlər mürəkkəb əməliyyat zamanı zədələnmiş sümükləri, vətərləri, sinirləri, qan damarlarını və yumşaq toxumaları bərpa ediblər.
Əməliyyat uğurla nəticələnib. Hazırda qadın reabilitasiya dövrünü keçir.
Mütəxəssislər xəbərdarlıq ediblər ki, travma riski olan işlər zamanı üzüklər mütləq çıxarılmalıdır. Çünki güclü dartılma zamanı üzük barmaqdan çıxmaq əvəzinə, ağır xəsarətlərə səbəb ola bilər.
