Sakit görünən, amma təhlükəli ola bilən bürclər

İlk baxışdan sakit, təmkinli və emosiyalarını nəzarətdə saxlayan insanlar ətrafdakılarda etibarlı təəssürat yaradır. Lakin astroloqlar hesab edirlər ki, bəzi bürclər sakit xarakterlərinin arxasında güclü iradə, yüksək müşahidə qabiliyyəti və lazım gəldikdə qətiyyətli davranış gizlədir. Onlar adətən münaqişədən qaçsalar da sərhədləri pozulduqda gözlənilməz dərəcədə sərt reaksiya verə bilərlər.
Sfera.az astroloqların fikirlərinə əsasən, sakit görünən, amma lazım gəldikdə təhlükəli ola bilən bürcləri təqdim edir.
Əqrəb
Əqrəb bürcü ən sirli və emosiyalarını ən yaxşı gizlədən bürclərdən biri hesab olunur. Onlar adətən hisslərini nümayiş etdirmir və hadisələri sakit şəkildə izləyirlər. Lakin etibarları sarsıldıqda və ya xəyanətlə üzləşdikdə qətiyyətli mövqe sərgiləyə, haqsızlığı uzun müddət unutmaya bilərlər.
Oğlaq
Oğlaqlar səbirli, intizamlı və soyuqqanlı davranışları ilə seçilirlər. Onlar emosiyalarına deyil, məntiqə üstünlük verirlər. Bu xüsusiyyətləri sayəsində çətin vəziyyətlərdə soyuqqanlı qərarlar qəbul edə bilirlər. Onların sakitliyi zəiflik kimi qiymətləndirilməməlidir.
Qız
Qız bürcü hər detalı diqqətlə analiz etməyi sevir. Onlar adətən mübahisədən uzaq dursalar da haqlı olduqlarına inandıqları mövzularda sonadək mübarizə aparırlar. Güclü müşahidə qabiliyyətləri və məntiqli yanaşmaları onları çətin rəqibə çevirə bilər.
Dolça
Dolçalar emosiyalarını çox vaxt gizlədir və hadisələrə kənardan baxmağa üstünlük verirlər. Onlar sakit görünə bilər, lakin qərar verdikdə fikirlərindən geri çəkilmirlər. Gözlənilməz addımları və fərqli düşüncə tərzləri onları təxmin etməyi çətinləşdirir.
Mənsumə
