Cennifer Lopez kişilərdə ən cəlbedici hesab etdiyi xüsusiyyəti açıqladı

Cennifer Lopez kişilərdə ən cəlbedici hesab etdiyi xüsusiyyəti açıqladı
Kateqoriya məlum deyil
T

Dünya şöhrətli müğənni və aktrisa Cennifer Lopez kişilərdə cazibədar hesab etdiyi əsas xüsusiyyətdən danışıb.

Sfera.az xarici mətbuata istinadən xəbər verir ki, Siciliyanın Taormina şəhərində keçirilən Dolce & Gabbana Alta Moda tədbirində səhnəyə çıxan 56 yaşlı ulduz çıxışı zamanı münasibətlər və müstəqillik haqqında fikirlərini bölüşüb.

Lopez əvvəlcə zarafatla rəqqaslarına müraciət edərək, “Saçımı düzəldin. Qalanlarınız gedə bilərsiniz. Mənə sizin pulunuz lazım deyil, hədiyyələrinizə də ehtiyacım yoxdur”, - deyə gülümsəyib.

Daha sonra o, uzun illərdir haqqında formalaşan “bahalı hədiyyələri sevən qadın” imicinə də münasibət bildirib.

“İnsanlar illərdir mənim yalnız dəbdəbəni sevdiyimi düşünürlər. Bəli, gözəl şeyləri sevirəm. Amma öz pulum var. Xanımlar, razısınız? Kiminsə bizə nəsə almasına ehtiyacımız yoxdur. Əlbəttə, bəzən bu, xoş jest ola bilər”, - deyə sənətçi bildirib.

Lopez çıxışında kişiləri həqiqətən cəlbedici edən xüsusiyyətin maddi imkanlar olmadığını vurğulayıb.

“Kişini seksual edən bahalı saat, lüks avtomobil və ya şəxsi təyyarə deyil. Səhər yatağını yığması, yorğun olduğunuz zaman qabları yuması, ev işlərində məsuliyyət paylaşması mənə görə daha cəlbedicidir. Çünki qadınlar çox vaxt bütün bu işlərin öhdəsindən tək gəlirlər”, - deyə o bildirib.

Qeyd edək ki, Cennifer Lopezin bu açıqlamaları onun şəxsi həyatı ilə bağlı müzakirələrin davam etdiyi bir vaxta təsadüf edir. Dünya şöhrətli ulduz indiyədək dörd dəfə ailə qurub, həmçinin Ben Afflek və Aleks Rodrigezlə yaşadığı münasibətlərlə uzun müddət gündəmdə olub.

Mənsumə

Sfera.az

PAYLAŞ