“Apple”-ın “iPhone 17” ilə bağlı qərarı v

“Apple” artan komponent və istehsal xərcləri səbəbindən baza “iPhone 17” modeli üzrə istehsal gücünü əhəmiyyətli dərəcədə azaltmaq qərarına gəlib.
Sfera.az xəbər verir ki, “Weibo” platformasında yayılan məlumata əsasən, şirkət baza “iPhone 17” modeli üçün bəzi istehsal xətlərində istehsal gücünü təxminən 33 faiz azaldıb. Bu addım istehlakçı elektronikası bazarında sürətlə yüksələn komponent qiymətlərinin yaratdığı maliyyə təzyiqi ilə əlaqələndirilir.
Məlumata görə, “Apple” daha əvvəl həmin istehsal xətlərində istehsalı 15 faiz azaltmağı planlaşdırıb. Lakin ABŞ bazarında başlanğıc qiyməti 799 dollar olan baza modelinin mənfəət marjasının aşağı olması səbəbindən şirkət istehsalın azaldılması qərarını daha da sərtləşdirib.
Bildirilir ki, istehsal xərclərinin artmasına ən çox təsir edən amillərdən biri 12 GB LPDDR5X yaddaş modullarının qiymətidir. Belə ki, bu komponentlərin qiyməti ilin əvvəlindən etibarən sürətlə yüksələrək təxminən 145 dollara çatıb.
Bundan başqa, 256 GB NAND yaddaş modulunun müqavilə qiymətinin də üçüncü rübdə 51 dollara yüksələcəyi proqnozlaşdırılır. Mütəxəssislərin fikrincə, komponent bazarındakı bahalaşma “Apple”-ın istehsal və qiymət strategiyasına təsir göstərməyə davam edə bilər.
Mənsumə
