Prezident İlham Əliyevin yanında görünən o xanım kimdir?

Prezident İlham Əliyevin yanında görünən o xanım kimdir?
Kateqoriya məlum deyil
T

Son günlər sosial şəbəkələrdə Prezident İlham Əliyevin yanında görünən xanımın kimliyi ilə bağlı çoxsaylı suallar səsləndirilir.

Sfera.az bildirir ki, söhbət livanlı jurnalist Layal Əl-Əxtiyardan (Layal Al-Ekhtiar) gedir. O, ərəb media məkanının tanınmış simalarından biri hesab olunur.

Layal Əl-Əxtiyar peşəkar fəaliyyətinə Livanın OTV televiziya kanalında başlayıb, daha sonra LBCI televiziya kanalında və Al Hurra telekanalında çalışıb. Hazırda isə "Al Arabiya" televiziya kanalında aparıcı kimi fəaliyyət göstərir və regionun siyasi gündəmini işıqlandıran tanınmış jurnalistlərdəndir.

Qeyd edək ki, son günlər ictimai diqqət mərkəzində olan jurnalist beynəlxalq media məkanında nüfuzlu simalardan biri kimi tanınır. O, müxtəlif ölkələrin dövlət və hökumət rəhbərləri ilə müsahibələri, eləcə də beynəlxalq siyasi proseslərin peşəkar işıqlandırılması ilə seçilir.

PAYLAŞ