“Ayı hücumu”nun arxasından görün nə çıxdı

Kaliforniya (ABŞ)-da polis və sığorta agentləri qeyri-adi fırıldaqçılıq sxemini həyata keçirməyə çalışan üç nəfəri yaxalayıb. Bir avtomobil detalı sayəsində açılan fırıldaqçılıq sığorta agentlərini və polisləri həm heyrətləndirib həm də güldürüb.
Sfera.az bildirir ki, bu absurd fırıldaqçılıq hekayəsi 2024-cü ilin yanvar ayının sonlarında, üç nəfərdən ibarət dəstənin ödənişləri toplamaq üçün müxtəlif sığorta şirkətlərinə müraciət etməsi ilə başlayıb.
Qrupun üç üzvü — 39 yaşlı Alfiya Tsukerman, 26 yaşlı Ruben Tamrazyan və 32 yaşlı Vahe Muradxanyan — hər biri avtomobilinə ayı hücumu təşkil etmək qərarına gəliblər. Bunu etmək üçün onlar caynaqlı ayı kostyumu alıblar. “Hücumu” qeydə almaq üçün “Rolls-Royce” və iki “Mercedes” avtomobillərini kameraların qarşısına qoyublar.
Dələduzlar daha sonra "əmlak ziyanına” görə ödəniş toplamaq üçün müxtəlif sığorta şirkətlərinə müraciət ediblər. İki şirkət vəziyyəti və hətta cinayətkarların gətirdiyi müşahidə kamerası görüntülərini araşdırmağa başlayıb. Bir sığorta agenti qanun pozuntusundan şübhələnib.
Əməkdaşlar iddiaçıların avtomobillərində qəribə "izlər"dən təəccübləniblər. Sığorta şirkətinin agentləri həmçinin müşahidə kamerası görüntülərində heyvanın "qeyri-təbii yerişini" qəribə hesab ediblər.
Fırıldaqçıların avtomobillərində qəribə "ayı izləri"

Daha sonra o, polislə əlaqə saxladı və polis maşınlardan çəkilmiş kamera görüntülərini və fotoşəkilləri Kaliforniya Balıq və Vəhşi Təbiət Departamentindən olan bioloqa göstərib. Görüntüləri araşdırdıqdan sonra bioloq bunun ayı geyimində olan bir kişi olduğu qənaətinə gəlib.
Bundan sonra polis axtarış və ayı geyiminin aşkarlanması, fırıldaq planları haqqında qeydlər və qrup söhbətləri daxil olmaqla "Ayı Pəncəsi" əməliyyatına başlayıb. Hüquq-mühafizə orqanları üçlüyü saxlayıb.
Fırıldaqçılar bu geyimdə ayı hücumunu saxtalaşdırmağa çalışıblar

Daha sonra hər üçü məhkəmədə günahlarını etiraf edib. Buna görə də məhkəmə onları 180 günlük həftəsonu həbs cəzasına məhkum edib (yəni şənbə və bazar günləri həbsxana ərazisində saxlanılmalıdırlar - red.).
Bu cinayəti şərh edən Kaliforniya Sığorta Komissarı Rikardo Lara bildirib ki, əvvəlcə "inanılmaz" və "absurd" görünən şey polis araşdırması ilə təsdiqlənib. O deyir ki, komandası bütün sığorta iddialarını hərtərəfli araşdırır, lakin bunu "gülünc" və "tamamilə absurd" hesab edir.
"İndi məsul şəxslər məsuliyyətə cəlb olunacaqlar. Mənim şöbəmin müstəntiqləri faktları müəyyən etdilər, bu fırıldağı ifşa etdilər və təqsirləndirilən şəxslərin ədalət mühakiməsinə cəlb olunmasına kömək etdilər. Sığorta fırıldaqçılığı istehlakçılar üçün xərcləri artıran ciddi bir cinayətdir"- deyə cənab Lara bildirir.
Media xəbərlərində ayıların Los-Anceles ərazisində yaşadığı, bəzən evlərə girdiyi və ya zibil qutularında yemək axtardığı göstərilir. Lakin, fırıldaqçıların planlarına son qoyan videodakı "qeyri-adi detal" olub.
Aynil
