Messinin xanımı 8 milyon manatlıq boyunbağı taxdı - FOTO

Messinin xanımı 8 milyon manatlıq boyunbağı taxdı - FOTO
Kateqoriya məlum deyil
T

“İnter Mayami” klubunun ulduz futbolçusu Lionel Messinin həyat yoldaşı Antonella Rokkuzzonun ABŞ-də keçirilən lüks brend tədbirində iştirak etdiyi bildirilib.

 

Sfera.az xəbər verir ki, İspaniya mətbuatının məlumatına görə, Rokkuzzonun həmin tədbirdə taxdığı brilyant boyunbağının dəyəri təxminən 5 milyon dollar (təxminən 8,5 milyon AZN) təşkil edir. Zərifliyi ilə tanınan Antonella Rokkuzzonun tünd göy rəngli sadə libasını böyük, günəş formasında hazırlanmış bu bahalı boyunbağı ilə tamamladığı qeyd olunur.

 

Onun bu seçimi tədbirdə böyük maraq doğurub və diqqət mərkəzinə çevrilib. Tədbir boyunca səmimi və pozitiv davranışları ilə seçilən Rokkuzzonun adı təkcə futbol dünyasında deyil, həm də moda sahəsində ən çox danışılan adlardan biri olaraq gündəmdə qalmağa davam edir.

 

Mənsumə

Sfera.az

 

PAYLAŞ