Bu kişi etdikləri ilə hər kəsi heyrətləndirdi

Bu kişi etdikləri ilə hər kəsi heyrətləndirdi
Kateqoriya məlum deyil
T

91 yaşlı fransız Reymond Landi külli miqdarda bir mirasdan imtina etdikdən sonra öz kəndinin qəhrəmanına çevrilib.

Sfera.az bildirir ki, Reymond Landi yerli kilsənin bərpası üçün 1 milyon avro ianə edib. 

2022-ci ildə qardaşının ölümündən sonra təxminən 1 milyon avro aldıqdan sonra, o, bütün məbləği La Chapelle-sur-Aveyrondakı kilsəni xilas etmək üçün bağışlayıb.

Reymond qardaşı ilə birlikdə ailə fermasında işlədiyi kiçik Luara kəndində böyüyüb. Yerli həyatın mərkəzi olan kilsə ağır vəziyyətdə olub və sökülmək təhlükəsi ilə üzləşib. 600 nəfərdən bir az çox əhalisi olan bir kənd üçün bu, onun əsas simvolunun itirilməsi demək idi.

Reymondun qərarı həm La Chapelle sakinləri, həm də yaşadığı qocalar evinin işçiləri tərəfindən alqışlanıb. Artıq kilsədə onun şərəfinə xatirə lövhəsi də quraşdırılıb.

O, qərarını sadə və təsirli şəkildə izah edib:

"Mən burada anadan olmuşam, burada vəftiz olunmuşam, ilk ibadətimi burada etmişəm”- deyə o, jurnalistlərə bildirib.

Bu əsaslı yardım sayəsində binanın bərpası nadir hallarda rast gəlinən, çoxillik maliyyə çatışmazlığı olmadan tam şəkildə - birdən-birə başa çatdırılacaq.

Layihə memarı Antuan Leriçe işlərin bir neçə mərhələdə aparılacağını açıqlayıb. İşlərin əksəriyyəti 2026-cı ilin yaz və payızına planlaşdırılır, bərpanın özü isə təxminən bir il çəkəcək. Mer Kristian Şevalyenin sözlərinə görə, kilsə onların kiçik icmasının yeganə irsi və ürəyidir:

"Biz cəmi 640 nəfərik. Kilsə bizim ən böyük sərvətimizdir və burada hər kəs ona qayğı göstərir"- deyə o qeyd edib.

Mer əlavə edib ki, Reymondun hərəkəti sayəsində kilsə əsaslı təmirə ehtiyac duyulana qədər daha 150 il yaxşı vəziyyətdə qala biləcək.

 

Aynil

PAYLAŞ